Tramp Ukraynanı Rusiya ilə danışıqlara cəlb edib - ÖZƏL

ABŞ prezidenti Donald Tramp Ukraynaya açıq şəkildə bildirib ki, NATO-ya üzv ola bilməyəcək və referendumların nəticələrinə əsasən Rusiya tərkibinə daxil edilmiş bölgələri geri qaytarmaq cəhdlərini unudmalıdır.

Olaylar xəbər verir ki,bu isə Kiyevi Moskva ilə danışıqlara getməyə məcbur edib. Bu fikir The New York Times (NYT) qəzetinin məqaləsində ifadə olunub.

Qəzetin qiymətləndirməsinə görə, Vladimir Zelenski Ağ Evdə Tramp ilə yaşanan söz atışmasından sonra ABŞ-dan "ciddi təhlükəsizlik zəmanətləri" tələb etməyin mənasız olduğunu anlayıb.

NYT-nin fikrincə, Trampın müəyyən etdiyi 50 günlük müddət - bu zaman ərzində Moskva və Vaşinqtonun Ukrayna üzrə razılığa gəlmələri nəzərdə tutulur - "qətiyyətdən çox səbirsizliyi əks etdirir" və böyük ehtimalla hər hansı nəticəyə gətirib çıxarmayacaq.

Qəzetin qeyd etdiyinə görə, ABŞ prezidenti sonradan bir seçim etməli olacaq: ya Ukraynaya hərbi yardım və kəşfiyyat məlumatlarının verilməsini davam etdirmək, ya da bu dəstəyi dayandıraraq münaqişədən çəkilmək. Məqalədə vurğulanır ki, ikinci ssenari Kiyev üçün "ciddi təhlükə" yaradacaq.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31