Paşinyanın silahdaşı: “Qalstanyan məndən 6, digərlərindən isə 3 milyon dram tələb edir – ÖZƏL
22 İyul 2025 14:45 DünyaErmənistan parlamentinin iqtidardakı "Vətəndaş sazişi" partiyasından olan deputatı Vaaan Aleksanyan arxiyepiskop Baqrat Qalstanyana qarşı ittihamlarla bağlı sosial şəbəkədə paylaşım edib. Olaylar.az xəbər verir ki, erməni deputat bildirib ki, terror aktının təşkilində ittiham olunan arxiyepiskop Vazgen Qalstanyan ona və bir neçə başqa şəxsə qarşı böhtan iddiası ilə məhkəməyə müraciət edib.
Aleksanyan "Facebook" hesabında yazıb:
"Vazgen Qalstanyan, terror aktı təşkil etməkdə təqsirləndirilən şəxs, mənə, Anait Avanesyana, Aram Sarkisyana, Arutyun Mkrtiyana, Step Safaryana və Ani Xaçatryana qarşı məhkəmə iddiası qaldırıb. Məndən 6 milyon dram, digərlərindən isə hər birindən 3 milyon dram tələb edir. Başa düşmək istəyirəm - görəsən ulduz formalı əşyalara, insanların həyatına təhlükə yaradan vasitələrə, trollaybus naqillərini kəsmək üçün alətlərə, ya da hökumət saytlarını sındıran hakerlərə pul çatmır?"
Hazırda məsələ ilə bağlı arxiyepiskop Qalstanyanın özü və ya nümayəndələri tərəfindən heç bir rəsmi açıqlama verilməyib.