Yerevanda psixi sağlamlıq mərkəzindən iki pasiyent qaçıb – ÖZƏL

Yerevanda yerləşən "Nubaraşen" Psixi Sağlamlıq Mərkəzinin iki pasiyenti müəssisədən qaçıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb.

Məlumata görə, 21 iyul gecə saat 01:20 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin İctimai Polis İdarəsinin Nubaraşen şöbəsinə mərkəzdən iki nəfərin qaçması barədə operativ məlumat daxil olub.

Araşdırma zamanı müəyyən edilib ki, Yerevan sakini, 45 yaşlı Vyaçeslav Lukin məcburi müalicə olunduğu 5-ci şöbədə pəncərənin barmaqlıqlarını qıraraq müəssisədən qaçıb. Digər şəxs - 35 yaşlı Aramais Mirzoyan isə Armavir vilayətinin sakini olub və Ermənistanın birinci instansiya məhkəməsinin qərarı ilə həmin mərkəzə müalicə tədbiri kimi yerləşdirilmişdi.

Hazırda polis tərəfindən onların yerinin müəyyənləşdirilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31