İran bu prosesi müvəqqəti olaraq dayandırdı – Araqçi
13:20 Dünyaİranın xarici işlər naziri Abbas Araqçi "Fox News" telekanalına müsahibəsində ölkədə uranın zənginləşdirilməsi prosesinin müvəqqəti dayandırıldığını açıqlayıb.
Olaylar.az xəbər verir ki, ABŞ tərəfindən nüvə obyektlərinə zərbələr endirilməsindən sonra İranda uranın zənginləşdirilməsi davam etmir, amma Tehran prosesdən imtina etmək niyyətində deyil.
Abbas Araqçi bildirib: "Hazırda proses dayandırılıb, çünki obyektlərə ciddi ziyan dəyib. Eyni zamanda, biz zənginləşdirmədən imtina etmək fikrində deyilik, çünki bu, alimlərimizin nailiyyətidir, üstəlik milli qürur məsələsidir". Nazir əlavə edib ki, İranın Atom Enerjisi Təşkilatı hazırda nüvə obyektlərinə dəyən zərərin həcmini və zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyətini qiymətləndirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31