Gürcüstan 25 əcnəbini, o cümlədən Rusiya vətəndaşlarını deportasiya edib – ÖZƏL
22 İyul 2025 13:07 DünyaGürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində aparılan tədbirlər nəticəsində 25 əcnəbi vətəndaşı ölkədən deportasiya edib.
Olaylar.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Deportasiya olunanlar arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İran, Nigeriya, Çin, Pakistan, Rusiya və Türkiyə vətəndaşları da var. Qeyd olunur ki, həmin şəxslərin Gürcüstana yenidən daxil olmasına qadağa qoyulub.
Son vaxtlar Gürcüstanda qanunsuz miqrantlara qarşı mübarizə tədbirləri intensivləşdirilib. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirib, deportasiya və miqrantların üzərində axtarış aparılması prosedurlarını sadələşdirib. Gürcüstan DİN hər ay onlarla əcnəbi vətəndaşın ölkədən çıxarıldığını açıqlayır.