Paşinyan Ermənistan Apostol Kilsəsinə qarşı kampaniyanı genişləndirir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanda müxalifət hələ də Apostol Kilsəyə qarşı başlanan hücuma necə cavab verəcəyini müəyyənləşdirməyib. Müxalifət nümayəndələri açıq çağırışlardan çəkinərək yalnız müsahibələr vasitəsilə xəbərdarlıq edir ki, Kilsəyə qarşı aparılan müharibə dövlətin dağılmasına gətirib çıxara bilər. Bu vaxt isə Baş nazir Nikol Paşinyan təşkilati fəaliyyətini davam etdirir.

Mənbələrin məlumatına görə, Paşinyan "Vətəndaş Müqaviləsi" partiyasının üzvlərinin, dövlət qulluqçularının və onun çağırışı ilə hərəkətə keçən "zombiləşdirilmiş" kütlənin dəstəyinə ümid edir. Onların sayının kifayət etmədiyini anlayan hakimiyyət dairələri bu aksiyalara mülki geyimdə olan təhlükəsizlik qüvvələrinin və bəzi dini azlıqların nümayəndələrinin də cəlb olunmasını planlaşdırır.

Xüsusilə son günlərdə Yerevanda bir neçə ölkədən nümayəndələrin iştirakı ilə böyük konqres keçirən "Yehovanın Şahidləri"nin bu kampaniyada iştirak etməyə etiraz etmədiyi bildirilir. Məlumata görə, Ermənistanda fəaliyyət göstərən digər dini təşkilat - "Həyat Sözü" ilə müqayisədə, "Yehovanın Şahidləri" Paşinyanın Kilsəyə qarşı yönəlmiş təşəbbüslərinə daha açıq yanaşır. Mümkündür ki, onların bu günlərdə Ermənistana toplaşması da məhz bu məqsədə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31