Erməni deputat Arsen Torosyanın hesablarına 9 milyon dram məbləğində həbs qoyulub - ÖZƏL

Məhkəmə "Vətəndaş sazişi" fraksiyasından olan deputat Arsen Torosyanın bank hesablarına 9 milyon dram məbləğində həbs qoyulması barədə qərar çıxarıb. Bu addım Samvel Karapetyanın qaldırdığı iddia əsasında atılıb. Olaylar.az xəbər verir ki, o, Torosyandan böhtan və təhqirə görə məhkəməyə şikayət edərək, təminat tədbiri kimi hesablarına həbs qoyulmasını tələb etmişdi. Məhkəmə bu vəsatəti təmin edib.
İddianın əsasına Torosyanın parlament tribunasından səsləndirdiyi fikirlər dayanıb: "Mən iki bəyanata toxunmaq istəyirəm, görünür bu bəyanatların müəlliflərinin 'göbək bağını' Lubyankada, FSB-nin qərargahında kəsiblər. Birincinin adı Arşakdır. İkincisi isə qəhrəmanımız Samvel Karapetyandır."
Karapetyanın vəkillərinin sözlərinə görə, bu ifadələr həm təhqir, həm də böhtan xarakteri daşıyır. Onlar Torosyandan eyni tribundan ictimai üzr istəməsini və mənəvi ziyana görə 9 milyon dram məbləğində təzminat ödəməsini tələb edirlər.
Bundan əlavə, iş adamı Samvel Karapetyan hakim partiyanın deputatlarına, bəzi ekspertlərə və bir xəbər saytına qarşı daha 9 məhkəmə iddiası qaldırıb. O, bu iddialarla "şəxsi ləyaqətini, işgüzar nüfuzunu və siyasi ambisiyalarını" müdafiə etdiyini bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31