“Baza” redaksiyasında axtarışlar polis əməkdaşlarına qarşı cinayət işi ilə bağlıdır – ÖZƏL
12:47 DünyaRusiyanın hüquq-mühafizə orqanları "Baza" Telegram kanalının redaksiyasında aparılan istintaq hərəkətlərinin polis əməkdaşlarının vəzifə səlahiyyətlərini aşması ilə bağlı başladılan cinayət işi çərçivəsində həyata keçirildiyini bildiriblər.
Olaylar.az xəbər verir ki, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
"Redaksiyada aparılan axtarışlar polis əməkdaşlarının Telegram kanalına informasiya ötürməsi ilə bağlı cinayət işi çərçivəsindədir," - deyə mənbə qeyd edib. Onun sözlərinə görə, istintaq tədbirləri hələ də davam edir.
Qeyd edək ki, daha əvvəl "Baza" kanalı redaksiyasında və baş redaktor Gleb Trifonovun evində polis tərəfindən axtarış aparıldığını bildirmişdi. Hazırda Trifonovla əlaqə qurmaq mümkün deyil.
Rusiya İstintaq Komitəsi də məsələ ilə bağlı açıqlama yayaraq, polis əməkdaşlarının vəzifə səlahiyyətlərini aşması (Cinayət Məcəlləsinin 286-cı maddəsi) maddəsi ilə cinayət işinin başladıldığını təsdiqləyib. Məlumata görə, Krasnodar və Krasnoyarsk vilayətləri, həmçinin Belqorod vilayətində məhdud girişli informasiyaların qanunsuz ötürülməsi halları aşkar edilib və həmin məlumatlar sonradan Telegram kanalında dərc olunub.