"ChatGPT" Rekord Qırır: "Google" üçün Yeni Təhlükə

Süni intellekt nəhəngi "ChatGPT" istifadədə rekord göstəricilər qazanıb.

Olaylar.az xəbər verir ki, cəmi bir ildə platformaya göndərilən sorğular 912,5 milyardı ötüb, həftəlik istifadəçi sayı üç ayda 300 milyondan 500 milyona yüksəlib.

İllərdir axtarış dünyasının lideri olan "Google", bu sürətli yüksəliş qarşısında real rəqabət hiss edir. "OpenAI", "ChatGPT" ilə kifayətlənmir süni intellektlə işləyən veb-brauzer hazırlayır və "ChatGPT Agent" aləti ilə şəxsi rəqəmsal köməkçi konsepsiyasını irəli sürür.

Qeyd edək ki, bu addımlar, "Google"un taxtını sarsıda biləcək yeni rəqəmsal dövrün siqnalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31