Litvaya dron hücumu təhlükəsi: “Sığınacaqdan işləməyəcəm!” – Nauseda
11:50 Dünya"Ölkəyə ikinci pilotsuz təyyarə uçarsa, sığınacağa getməyəcəm".
Olaylar.az xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda deyib.
O, iyulun 10-da Belarusdan Litvaya gələn pilotsuz təyyarəyə bənzər obyektin qəzaya uğradığını xatırladıb.
"Əgər gələcəkdə belə hadisələr baş verərsə, məlumatlandırılana qədər mən sığınacaqda işləməkdən imtina edirəm. Hamımıza informasiya baxımından bərabər şərait yaradılmalıdır", - prezident vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Litva Silahlı Qüvvələri Belarusdan gəldiyi güman edilən və pilotsuz uçuş aparatına (drona) bənzər obyektin Litva ərazisində qəzaya uğradığını bildirib.
Litvanın baş naziri Gintautas Paluckas və parlamentin sədri Saulius Skvernelis bundan sonra təcili olaraq sığınacağa aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31