“Gürcü arzusu” inqilabların maliyyələşməsinə imkan verməyəcək – ÖZƏL
10:58 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsinin sədri Arçil Qordzuladze jurnalistlərə açıqlamasında bildirib ki, "Gürcü arzusu" partiyası və xalqı ailə dəyərlərindən heç vaxt imtina etməyəcək və ölkəyə inqilabların maliyyələşdirilməsi üçün vəsaitlərin daxil olmasına imkan verməyəcək.
Onun sözlərinə görə, suverenliyin qorunması o demək deyil ki, Gürcüstan hansısa xarici dairələrin iradəsinə tabe olmalıdır:
"Bəziləri istəyir ki, hakimiyyət dəyişdirilərək yerinə kollektiv "Vahid Milli Hərəkat" gətirilsin. Bu qüvvələr isə başqalarının göstərişi ilə hərəkət etməyə çoxdan öyrəşiblər. Bu gün bizə qarşı səsləndirilənlər "tövsiyə" yox, birbaşa "tələb"dir. Bu isə sovet dövründə Moskvadan Tbilisiyə göndərilən tələbləri xatırladır. İndi də eyni münasibət göstərilir: heç bir izah verilmir, bu sadəcə şantaj deyil, başqa fikirdə olanları cəzalandırmaq cəhdidir. Amma Gürcüstanda xalqın böyük əksəriyyəti heç kimin diktəsi ilə hərəkət etmir."
Qordzuladze sonda vurğulayıb ki, "Gürcü arzusu" bu təzyiqlərə baxmayaraq, mövqeyindən geri çəkilməyəcək.