Ərdoğandan Əhməd Əl-Şaraa mesajı: “Suriyanı tək qoymayacağıq”
21 İyul 17:02 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın müvəqqəti prezidenti Əhməd Əl-Şaraa ilə bağlı açıqlama verib.
Olaylar.az xəbər verir ki, o, rəsmi Ankaranın Dəməşqə dəstəyini davam etdirəcəyini bildirib.
"Biz qətiyyətliyik, Əhməd Əl-Şaraanı Suriyada tək buraxmayacağıq. Suriyanın parçalanmasını istəmirik, əksinə, onun bərpasını Türkiyə üçün müsbət faktor kimi dəyərləndiririk", - deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğanın bu açıqlaması bölgədəki yeni siyasi dinamikaları ön plana çıxarır.
Qeyd edək ki, Türkiyə son aylarda Şərqi Aralıq dənizi və Yaxın Şərq siyasətində balanslı mövqe nümayiş etdirməyə çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31