Ukrayna 20 ölkədə diplomatik təyinatlarda dəyişiklik edib - ÖZƏL

Ukrayna Prezidenti Volodimir Zelenski 20 ölkədə diplomatik nümayəndəliklərlə bağlı kadr dəyişiklikləri aparıb. Olaylar.az xəbər verir ki,  o, 10 ölkədə səfirləri dəyişib, 7 ölkədə vakant səfir postlarına yeni təyinatlar edib, 3 dövlətdə isə səfirləri vəzifədən azad edib, lakin onların yerinə hələ təyinat aparılmayıb. Müvafiq sərəncamlar prezidentin rəsmi saytında dərc olunub.
Dəyişikliklər hələlik ABŞ və Birləşmiş Krallığı əhatə etməyib. Bu ölkələrdə Ukraynanın maraqlarını əvvəlki kimi Oksana Markarova və Valeri Zalujnı təmsil edir.
Səfirlər aşağıdakı ölkələrdə dəyişdirilib: Bosniya və Herseqovina, İspaniya, Kanada, Keniya, Kipr, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Estoniya, Cənubi Afrika Respublikası və Cənubi Koreya.
Yeni səfirlər isə bu ölkələrə təyin olunub: Əlcəzair, Anqola, Belçika, Küveyt, Malayziya, Oman və Yaponiya.
İtaliya, Özbəkistan və İsveçdə isə səfir postları hazırda vakantdır.
Ukraynanın xarici işlər naziri Andrey Sibiga daha əvvəl bildirib ki, G7 və G20 ölkələrindəki diplomatik təmsilçilərin əksəriyyətinin dəyişdirilməsi planlaşdırılır. ABŞ-ə səfir təyinatı isə yaxın zamanda rəsmiləşəcək - Prezident Zelenski bu posta sabiq baş nazir müavini Olqa Stefanışinanın namizədliyini irəli sürüb.
Lakin əsas müzakirə mövzusu Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, hazırda Birləşmiş Krallıqda səfir olan Valeri Zalujnının taleyidir. Ukrayna mediasında yayılan məlumata görə, o, yaxın zamanda bu vəzifədən geri çağırıla və ölkəyə qayıda bilər. Zalujnı hələ də ordu daxilində böyük nüfuza malikdir və Zelenskinin potensial siyasi rəqibi hesab olunur. İctimai rəy sorğularında ukraynalılar ona 
Prezidentdən daha çox etimad göstərirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31