Ukrayna obyektləri Rumıniya səmasında- ÖZƏL
12:28 DünyaRumıniya Müdafiə Nazirliyi bəyan edib ki, ötən gecə dörd ukrayna hava obyekti Rumıniyanın hava məkanına daxil olub. Olaylar.az xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi məlumatda qeyd olunur.
"03:30-dan 06:00-a qədər aparılan əməliyyatlar zamanı Ukraynanın Rumıniya ilə sərhədinin şimalında 12 hava obyekti müşahidə olunub. Onlardan dördü qısa müddətə - bir neçə dəqiqəlik - Rumıniya ərazisinə daxil olub. Hadisə Sighetu Marmației və Vikovu-de-Sus şəhərləri yaxınlığında baş verib", - deyə məlumatda bildirilir.
Ukrayna tərəfi hadisəyə aydınlıq gətirərək, ölkənin qərbində yerləşən aerodromlardan təyyarələrin dispersiyası (ayrılması) ilə bağlı tədbirlər həyata keçirdiklərini təsdiqləyib.
Rumıniya ordusu cavab olaraq Borça hərbi bazasından iki F-16 qırıcı təyyarəsini havaya qaldırıb. Sonradan bu missiyaya İtaliyanın Mixael-Koqelniçanu bazasından havaya qalxan iki Eurofighter Typhoon təyyarəsi də qoşulub.
Müdafiə Nazirliyi insidentin Rumıniyanın milli təhlükəsizliyi üçün real təhlükə yaratmadığını vurğulayıb və bildirilib ki, qırıcılar tapşırıqları yerinə yetirdikdən sonra öz bazalarına geri dönüblər.