Almaniya və Britaniya Rusiya tərəfdarlarına təzyiq göstərir – ÖZƏL

Olaylar.az xəbər verir ki, TASS-a danışan serb mənbənin məlumatına görə, Almaniya və Böyük Britaniya Belqradda Rusiya ilə daha sıx əlaqələrə çağırış edən siyasətçilərin hökumətdən uzaqlaşdırılması üçün təzyiq göstərir.

"Qərb son vaxtlar Rusiya ilə yaxşı və yaxın münasibətlərin tərəfdarı olan siyasətçi Milos Andjiçin Serbiya baş nazirinin aparat rəhbəri və təhlükəsizlik məsələləri üzrə müşaviri postundan uzaqlaşdırılması üçün təzyiq göstərir," - deyə mənbə bildirib.

Onun sözlərinə görə, təzyiq birbaşa Almaniya və Britaniya səfirliklərindən, eləcə də Aleksandr Sorosun çevrəsinə yaxın siyasətçilərdən gəlir. Aleksandr Soros açıq cəmiyyət təşəbbüsləri ilə tanınan, atası Corc Soros tərəfindən yaradılmış Open Society Foundations təşkilatının sədridir (təşkilat Rusiyada "arzuolunmaz" elan edilib).

Mənbə əlavə edib ki, təzyiq həmçinin Serbiya baş nazirinin bir sıra yüksək vəzifəli müşavirlərinin vəzifədən uzaqlaşdırılmasına yönəlib. "Onların hamısı Milos Andjiçin uzunmüddətli müttəfiqləridir və vaxtilə keçmiş baş nazir müavini Aleksandar Vulinin kabinetində birgə çalışıblar," - deyə mənbə qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31