Moskva hava limanları bağlandı, qatarlar dayandı – Ukraynadan Rusiyaya dron zərbələri

Rusiyada bu gecə genişmiqyaslı hava hücumu həyəcanı yaşanıb.

Olaylar.az xəbər verir ki,  Rusiya Müdafiə Sistemləri Ukraynaya məxsus 15 pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb. Moskva meri Sergey Sobyanin bildirib ki, dronlar paytaxta doğru yönəlibmiş.

Hücum səbəbilə Rosaviatsiya Moskvanın dörd əsas hava limanında - Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovskidə - təxminən üç saatlıq uçuş məhdudiyyətləri tətbiq edib. Məhdudiyyətlər sonradan ləğv edilib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib ki, regionun iki yaşayış məntəqəsi Ukrayna dronlarının hücumuna məruz qalıb. Nəticədə iki mülki şəxs yaralanıb.

Eyni zamanda Rostov vilayətindəki bir neçə şəhər və qəsəbə də hədəfə alınıb. Şaxtı, Novoşaxtinsk, Novoçerkassk şəhərləri və Kamenolomni qəsəbəsində partlayışlar və yanğınlar qeydə alınıb. Kamenolomnidə, ölkənin əsas dəmiryolu qovşaqlarından birinin yerləşdiyi ərazidəki vağzal yaxınlığında böyük yanğın baş verib.

Hadisənin nəticələri və mümkün itkilərlə bağlı araşdırmalar davam edir. Rusiya tərəfi bu hücumları "terror aktı" kimi qiymətləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31