İran: “Avropa ilə danışıqlarda mövqeyimiz daha qəti və güclüdür” – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi dünən keçirilən Nazirlər Şurasının iclasından sonra verdiyi açıqlamada bildirib ki, İranın Avropa ilə danışıqlara yanaşması əvvəlkindən daha güclü və qətiyyətlidir.

"Avropalılarla danışıqlarda mövqeyimiz daha güclü və qətiyyətlidir. Onlar İranın münasibətini dərk etməlidirlər. Hazırda Avropalılarla görüşə hazırlaşırıq. Görüşün vaxtı hələ dəqiqləşməyib, təşkilat prosesi davam edir," - deyə Əraqçi vurğulayıb.

Nazir həmçinin əlavə edib ki, İran bundan sonra öz hüquqlarını daha fəal şəkildə müdafiə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31