Ukrayna cəbhəsi dağılacaq – Tarix verildi

"2025-ci ilin sonuna qədər Rusiya Silahlı Qüvvələrinin hücumunun sürətlənən tempi fonunda Ukrayna cəbhənin dağılması ilə üzləşə bilər".

Olaylar.az xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" qəzeti məlumat yayıb.

"Kiyev artıq münaqişədə məğlub olub. Çünki Qərbsiz Ukrayna Moskvaya qarşı çıxmaq iqtidarında deyil", - deyə bildirilib.

"Vol Strit Jurnal"ın məlumatına görə, Rusiya ordusu Sumı istiqamətində 50 minə qədər döyüşçü və komandir cəmləşdirib.

Qeyd olunur ki, rus bölmələri davamlı irəliləyir, demək olar ki, hər gün bir yaşayış məntəqəsi ələ keçirir. Bu konteksdə Kiyevin tezliklə təslim ola biləcəyi istisna edilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31