Fransız ordusu 65 il sonra rəsmən belə qovuldu
19 İyul 13:10 DünyaFransa iyulun 17-də Seneqaldakı son hərbi bazalarını rəsmən təhvil verib və bu ölkədə 65 illik mövcudluğuna son qoyub.
Olaylar.az xəbər verir ki, Seneqal Qərbi Afrikada Fransanın daimi hərbi mövcudluğunu saxladığı sonuncu ölkə idi.
Fransız qoşunları Camp Gale və Dakardakı iki böyük bazadan tamamilə çıxarılıb. Proses böyük mərasimlə baş tutub, burada iki ölkənin yüksək rütbəli şəxsləri də iştirak ediblər.
Beləliklə, Fransa Qərbi və Mərkəzi Afrikada hərbi mövcudluğunu tamamilə itirdi.
Qeyd edək ki, 2024-cü ildə Seneqalda prezident seçkilərində qalib gələn Bassiru Diomaye Fransa hərbi qüvvələrinin ölkədən çıxarılmasını tələb etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31