Zəngəzur dəhlizi 100 illik ABŞ -a verilir: Tramp istədi, Paşinyan razılaşdı...

Xəbər verdiyimiz kimi, Vaşinqton Zəngəzur dəhlizinin müəyyən hissəsinin 100 il müddətinə ABŞ tərəfindən icarəyə götürülməsi ilə bağlı İrəvana rəsmi təklif təqdim edib.

Təklifə əsasən, Ermənistanın Sünik vilayətindən keçən və Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək 32 kilometrlik Zəngəzur dəhlizinin nəqliyyat və təhlükəsizlik infrastrukturuna ABŞ nəzarət edəcək. Hüquqi suverenlik isə Ermənistanın özündə qalacaq. Plan Panama Kanalı modelinə bənzədilir: obyekt Ermənistan torpağında qalacaq, amma idarəçilik beynəlxalq tərəfdaşa həvalə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31