Türkiyədə gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ölkədə havanın temperaturunun kəskin yüksələcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Trend xəbər verir ki, sosial media hesabında bununla bağlı açıqlama verən nazir iyulun 19-dan etibarən bir həftə ərzində Türkiyədə havanın temperaturunun 6-12 dərəcə artacağının proqnozlaşdırıldığını bildirib.

"Sağlamlığımızı qorumaq və mümkün meşə yanğınlarının qarşısını almaq üçün hər zamankından daha ehtiyatlı davranmalıyıq", - deyə Murat Kurum vurğulayıb.

Nazir Diyarbakır vilayətində havanın temperaturunun 45 dərəcəyədək yüksələcəyini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31