İsrail İrana yenidən hücum edə bilər – Səfirdən ŞOK açıqlama!
16:50 Dünyaİsrailin İrana qarşı daha bir hərbi əməliyyatı mümkündür.
Olaylar.az xəbər verir ki, İsrailin Moskvadakı səfiri Tehranın nüvə proqramını yenidən aktivləşdirməsi halında belə bir ssenarinin gerçəkləşə biləcəyini istisna etməyib.
"Biz İrandakı əməliyyatı onunla başa vurduq ki, İranın nüvə hərbi potensialı olmayacaq. Və biz nüvə hərbi proqramının bərpasına imkan verməyəcəyik", - deyə səfir Simona Qalperin bildirib.
Bununla belə, diplomat qeyd edib ki, hazırda döyüş əməliyyatlarının yenidən başlaması ehtimalı uzaq görünür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31