Tramp: “Zelenski Moskvaya zərbə endirməməlidir” – ÖZƏL

ABŞ prezidenti Donald Trampın 4 iyulda Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Ukraynanın müharibədə gedişatı dəyişmək üçün müdafiədə qalmaqla kifayətlənə bilməyəcəyini və hücuma keçməsinin vacibliyini dediyi bildirilir. 

Olaylar.az xəbər verir ki, bu barədə Washington Post qəzeti ukraynalı rəsmiyə istinadla yazıb.

Tramp Zelenskidən "Ukrayna Moskva və ya Sankt-Peterburqa zərbə endirə bilərmi?" deyə soruşub. Zelenski isə cavabında "Əgər bizdə uyğun silahlar olsa - bacararıq" deyə bildirib.

Həftənin əvvəlində bu danışıq haqqında Qərb mediasında fərqli rakursda məlumatlar yayılmışdı. Daha sonra Tramp həmin danışıqla bağlı sualı cavablandırarkən deyib: "Yox, o Moskvaya zərbə endirməməlidir." ABŞ prezidenti əlavə edib ki, Ukraynaya Rusiya paytaxtına çata biləcək uzaqmənzilli silahlar göndərmək niyyətində deyil.

Ağ Evin mətbuat katibi Karolin Levit isə Trampın Ukraynanın Rusiya ərazisinə zərbə imkanları ilə bağlı suallar verdiyini təsdiqləyib, lakin onun sözlərinin kontekstdən çıxarıldığını bildirib. Onun sözlərinə görə, Tramp sadəcə məlumat almaq istəyib, bu cür hücumları təşviq etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31