“Makiyaj qalmaqalı”: Berbokun gözəllik xərcləri ŞOK ETDİ
16:26 DünyaAlmaniya hökumətinin keçmiş kansleri Olaf Şoltsun rəhbərlik etdiyi dönəmdə vizajist və stilistlərə fantastik məbləğdə pul xərcləndiyi üzə çıxıb.
Olaylar.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Bild" nəşri məlumat yayıb.
Bildirilir ki, 2025-ci ilin ilk rübündə hökumətin bu sahədəki ümumi xərcləri 590 min avro təşkil edib.
Ən çox vəsait sərf edən şəxs isə hazırda ölkənin xarici işlər naziri olan Annalena Berbok olub. Onun yanvar-mart aylarında təkcə makiyaj xidmətlərinə 21 min avro xərclədiyi açıqlanıb. Bu da orta hesabla gündə 250 avro deməkdir.
İkinci sırada sabiq kansler Olaf Şolts qərarlaşıb. Onun şəxsi makiyaj və stilist xərclərinin məbləği təxminən 13 min avro olub.
Sözügedən rəqəmlər Almaniya cəmiyyətində və mediada ciddi müzakirələrə səbəb olub. İctimaiyyət dövlət vəsaitlərinin bu cür israf edilməsini kəskin şəkildə tənqid edir.