Kremldən NATO-nun “Yer üzündən silərik!” hədəsinə CAVAB

"NATO bizi təhlükəsizliyimizi təmin etmək üçün tədbirlər görməyə məcbur edən düşmən blokdur".

Olaylar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov NATO nümayəndələrinin Kalininqrad vilayətini məhv etmək qabiliyyətinə dair bəyanatlarını şərh edərkən bildirib.

"Bu, tez-tez eşitdiyimiz aqressiv bəyanatlar silsiləsindəki növbəti çıxışdır. NATO qarşıdurma alətidir, ölkəmizə düşmən münasibət bəsləyən blokdur", - o qeyd edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Ordusunun Avropa və Afrikadakı komandanı general Kristofer Donahue NATO və müttəfiqlərinin Kalininqrad bölgəsini məhv etmək üçün hər cür imkanlarının olduğunu demişdi. "NATO üzrə müttəfiqlər zərurət yaranacağı təqdirdə, Rusiyaya məxsus Kalininqrad bölgəsini çox qısa müddətdə yer üzündən silə bilərlər", - deyə o vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31