Politoloq Rar: Britaniya və Almaniya NATO-nu əvəz edəcək müdafiə ittifaqı yaradıblar - ÖZƏL

Böyük Britaniya və Almaniya müdafiə ittifaqı yaradıblar və bu ittifaq gələcəkdə NATO-nu əvəz edə bilər.

Olaylar xəbər verir ki,bu fikri almaniyalı politoloq Aleksandr Rar bildirib.

"Bu ittifaqın yaranmasının əsas səbəbi - Avropalıların NATO-nun zəiflədiyini və ABŞ-ın Avropadan uzaqlaşdığını başa düşməsidir," - deyə Rar "Vzqlyad" qəzetinə müsahibəsində bildirib.

Politoloqun fikrincə, gələcəkdə bu yeni ittifaqa Avropa qitəsinin digər ölkələri də qoşula bilər. Lakin Rar qeyd edir ki, xüsusilə Cənubi Avropa ölkələrinin hamısı bu təşəbbüsə qatılmaq istəməyə bilər.

Ekspert vurğulayıb ki, London və Berlinin yaratdığı bu müdafiə ittifaqı yenə də Moskvaya qarşı yönəlib.

Qeyd edək ki, daha əvvəl alman politoloq Böyük Britaniya və Almaniya arasında hərbi əməkdaşlığın perspektivləri barədə də fikir bildirib.

İbrahim Məmmədli

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31