Zaxarova ABŞ mediasının KXDR-in Vonsan kurortunun bağlanması ilə bağlı yaydığı məlumatı saxta adlandırıb - ÖZƏL
13:59 DünyaOlaylar xəbər verir ki,Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova KXDR-in Vonsan kurortunun bağlanması ilə bağlı ABŞ mediasının yaydığı məlumatı saxta adlandırıb.
"ABŞ xüsusi xidmət orqanları ilə əlaqəli olan Amerika KİV-ləri guya KXDR-in Lavrovun səfərindən sonra ruslar üçün Vonsan kurortunu bağladığı barədə dezinformasiya yayıblar. Bu, klassik yalandır, kobud saxtakarlıqdır", - deyə Zaxarova qeyd edib.
Rusiya XİN nümayəndəsi ehtimal edib ki, bu addım "KXDR-ə təzyiq strategiyasının uğursuzluğa düçar olduğunu anlayan Amerika hərbi-siyasi elitasının adi qərəzindən" irəli gəlmiş ola bilər.
Qeyd edək ki, daha əvvəl KİV-lər Şimali Koreyanın guya Rusiya XİN rəhbəri Sergey Lavrovun səfərindən sonra Vonsan-Kalma kurortuna əcnəbilərin girişini müvəqqəti qadağan etdiyi barədə məlumat yaymışdı.
İbrahim Məmmədli