Rumıniya Avropa İttifaqı daxilində ən çox miqranta görə birincidir - ÖZƏL

Rumıniya Avropa İttifaqı (Aİ) ölkələri arasında digər Aİ dövlətlərinə ən çox miqrasiya edən vətəndaşlara sahib ölkədir. Olaylar.az xəbər verir ki,  Rumıniyanın profit.ro portalının məlumatına görə, hazırda Aİ ölkələrində təxminən 3,1 milyon rumıniyalı yaşayır ki, bu da ölkə əhalisinin 16,28%-ni təşkil edir.
Miqrasiya göstəricilərinə görə Rumıniyadan sonra ikinci yerdə Xorvatiya gəlir - Aİ ölkələrində 570 mindən çox xorvat yaşayır (14,9%). Üçüncü sırada isə Bolqarıstandır - 753 min nəfər və ya 11,68% bolqar vətəndaşı hazırda digər Aİ ölkələrində yaşayır.
Ən az daxili Aİ miqrasiyası isə Maltada (0,92%), Fransada (0,91%) və Almaniyada (0,9%) qeydə alınıb.
Mənbənin məlumatına görə, 2025-ci ilin fevralına olan statistikaya əsasən, ümumilikdə 5,7 milyon rumıniyalı ölkə xaricində yaşayır. Onların əsas hissəsi İtaliyada (1,1 milyon nəfərdən çox), İspaniyada (təxminən 1 milyon), Böyük Britaniyada (təxminən 1 milyon), Almaniyada (təxminən 800 min) və ABŞ-da (təxminən 460 min) yerləşib.
Rumıniya diasporası ölkənin həm iqtisadi, həm də siyasi həyatında mühüm rol oynayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31