“NATO dağılarsa, Aİ-yə yeni təhlükəsizlik sazişi və hərbi qüvvə lazım olacaq” – ÖZƏL
18 İyul 2025 11:09 DünyaOlaylar.az xəbər verir ki, Polşanın Milli Təhlükəsizlik Bürosunun sabiq rəhbəri, general Stanislav Kozey "Polsat" telekanalına müsahibəsində bildirib ki, əgər NATO dağılarsa, Avropa yeni təhlükəsizlik sazişi hazırlamalı olacaq və Avropa İttifaqı NATO-nun modeli əsasında öz hərbi qüvvələrini yaratmalıdır.
"Belə ola bilər ki, NATO dağılacaq, çünki Aİ daxilində bu məsələdə konsensus yoxdur. O zaman Avropa yeni təhlükəsizlik sazişi hazırlamaq zərurəti ilə üzləşəcək", - deyə Kozey qeyd edib.
Generalın fikrincə, bu halda Avropa İttifaqı NATO kimi işləyəcək, lakin ümumi ordu deyil, birgə əməliyyat qabiliyyətləri əsasında fəaliyyət göstərən müdafiə sisteminə çevrilməlidir. O, Aİ ölkələrinin ümumi ordu yaratmaq ideyasını isə "mənasız" adlandırıb.
Kozey həmçinin bildirib ki, NATO-nun dağılması ABŞ-nin Avropadakı müttəfiqləri ilə hərbi ittifaqa marağının azalacağı təqdirdə mümkündür.