ABŞ rəsmiləri Trampa çağırış etdilər: Gürcüstana yeni səfir təyin edin – ÖZƏL
18 İyul 2025 10:39 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-nin Gürcüstandakı keçmiş səfiri Yan Kelli və Dövlət Departamentinin keçmiş yüksək vəzifəli rəsmisi Devid Kramer birgə bəyanatla çıxış edərək, ABŞ Prezidenti Donald Trampı Gürcüstana yeni səfir təyin etməyə və Senatı "MEGOBARI Aktı"nı qəbul etməyə çağırıblar.
Onların sözlərinə görə, Gürcüstan xalqı ən çox ABŞ-yə bağlı olan xalqlardan biridir, lakin ölkə hökuməti getdikcə Moskvanın təsiri altına düşür, müxalifət və vətəndaş cəmiyyətinə təzyiqlər göstərir. Kelli və Kremer bu vəziyyətdə Tramp administrasiyasının təcili olaraq sabiq səfir Robin Danniqanın yerinə, Gürcüstan hökumətinin avtoritar və Rusiya yönümlü siyasətinə qarşı sərt mövqe tutacaq yeni səfir təyin etməli olduğunu bildirirlər.
Bəyanatda qeyd olunur ki, ABŞ və Avropa tərəfdaşları Gürcüstanın demokratik və Qərbyönümlü kursa qayıtması üçün səylərini ikiqat artırmalıdırlar. Sənəddə vurğulanır: "İndi fürsət pəncərəsi açılıb - Rusiya regionda təsirini itirir, Ermənistan və Azərbaycan Moskva ilə əlaqələrini azaldıb".