Bu, Rusiya üçün son müddətdir – Ağ Ev
18 İyul 2025 10:30 DünyaMoskva 50 gün ərzində Ukrayna ilə bağlı atəşkəs və ya anlaşma ilə razılaşmasa, ABŞ administrasiyası Rusiyaya tariflər və ikinci dərəcəli sanksiyalar tətbiq edəcək.
Olaylar.az xarici agentliklərə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
O, prezident Donald Trampın bu məsələdə qərarlı olduğunu bildirib: "Prezidentin açıqladığı kimi, əgər 50 gün ərzində atəşkəs və ya sülh sazişi olmazsa, Rusiya atəşkəsə razılıq verməkdən imtina edərsə, o zaman o, çox yüksək tariflərlə yanaşı, ikinci dərəcəli sanksiyalarla da üzləşəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31