Abramyan: Paşinyan ODKB-dən çıxmaqla strateji səhvə yol verdi – ÖZƏL
18 İyul 2025 10:17 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan "RIA Novosti" agentliyinə müsahibəsində bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (ODKB) üzvlüyünü dondurmaqla strateji səhvə yol verib.
"Bu, onun buraxdığı strateji səhvlərdən biridir. Münaqişənin ən qızğın vaxtında o, ODKB-dən çıxır (daha doğrusu, üzvlüyü dondurur). Bu, normal deyil. O, bu vəziyyətin yaranması üçün hər şeyi etdi. Bu, hələ müzakirə olunmalı başqa bir məsələdir," - deyə Abramyan vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31