ABŞ seçicilərindən Maskın partiyasına etiraz - ÖZƏL
18 İyul 10:08 DünyaABŞ-də keçirilən rəy sorğusuna görə, məşhur sahibkar İlon Maskın yeni siyasi partiya yaratmaq qərarını seçicilərin təxminən yarısı - 48%-i səhv addım kimi qiymətləndirir. Olaylar.az xəbər verir ki, bu barədə Rasmussen Reports araşdırma təşkilatının iyulun 13-dən 15-dək apardığı sorğunun nəticələri xəbər verir.
Sorğu nəticələrinə əsasən, yalnız 27% respondent Maskın təşəbbüsünü dəstəkləyib, 25% isə bu barədə konkret fikir bildirməyib.
Onlayn və telefon vasitəsilə aparılan sorğuda 1200-ə yaxın potensial seçici iştirak edib. Nəticələrin statistik səhv payı 3 faiz bəndi təşkil edir.
Xatırladaq ki, İlon Mask iyulun 5-də sosial şəbəkə X-də keçirdiyi səsvermənin nəticələrinə əsasən, ABŞ-də yeni siyasi partiya yaradacağını açıqlayıb. O, bu təşəbbüsünün məqsədini "azadlığın geri qaytarılması" kimi izah edib. Səsvermədə 1,2 milyondan çox istifadəçi iştirak edib və 65,4% yeni partiyanın yaradılmasını dəstəkləyib.
İyulun 6-da isə Mask ABŞ Federal Seçki Komissiyasına (FEC) müraciət edərək partiyanın qeydiyyatı üçün sənədləri təqdim edib. Yeni siyasi təşkilat "Amerika Partiyası" (America Party, AMEP) adlanacaq.