Rusiya daha üç yaşayış məntəqəsini işğal etdi
17 İyul 17:01 DünyaRusiya ordusu bir gündə Ukraynanın üç yaşayış məntəqəsini işğal edib.
Olaylar.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, "Şimal" qoşun qruplaşmalarının Xarkov istiqamətindəki bölmələri Xarkov vilayətinin Deqtyarnoye yaşayış məntəqəsini, "Mərkəz" qoşun qruplaşmalarının bölmələri Donetsk vilayətinin Popov Yar yaşayış məntəqəsini, "Dnepr" qoşun qruplaşmalarının bölmələri isə Zaporojye vilayətində Kamenskoye yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31