İsraildə 3 nazir istefa verdi

"Şas" partiyasından (pravoslav yəhudilərin maraqlarını təmsil edən ultra-dini siyasi partiya) üç israilli nazir istefa verib .

Olaylar.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.

Baş nazir Benyamin Netanyahuya daxili işlər naziri Moşe Arbel, sosial işlər naziri Yaakov Margi və dini işlər naziri Michael Malkieli tərəfindən bəyanatlar göndərilib.

Ultra-pravoslav Şas partiyasını təmsil edən bu departamentlərin rəhbərləri partiyanın hökuməti tərk etmək istəyi ilə bağlı bəyanat verirlər. Partiya pravoslav yəhudi tələbələr üçün imtiyazları saxlamaqda israrlıdır.

Şas məmurları həmçinin səhiyyə naziri, əmək naziri və kənd təsərrüfatı nazirinin müavini vəzifələrində çalışırlar. Digərlərinin isə gün ərzində həmkarlarını izləyərək istefa ərizələri təqdim edəcəyi gözlənilir.

İsrail mediası Şas MK-nın koalisiyada qalacağını və hökumətə etimadsızlıq təklifini dəstəkləməyəcəyini yazır. Bundan əvvəl Yahadut HaTorah hökuməti və koalisiyanı tərk edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31