Trampın planı Avropanı qarışdırdı: bu ölkə qərarsızdır

"Danimarka öz müttəfiqlərini təhdid edən ABŞ-dan deyil, etibarlı Avropa ölkələrindən silah almaq istəyir".

Olaylar.az xəbər verir ki, bunu Danimarka parlamentinin müdafiə komitəsinin rəhbəri Rasmus Yarlov deyib.

"Bizim sabit və etibarlı müttəfiqin hava hücumundan müdafiə sisteminə ehtiyacımız var", - deyə o bildirib.

Qeyd edək ki, Yarlov bir neçə il əvvəl ABŞ F-35 qırıcılarının alınması ideyasını dəstəkləsə də, indi fikrini dəyişib.

İyulun 15-də məlum olub ki, Hollandiya və Danimarka ABŞ Prezidenti Donald Trampın təklif etdiyi plan çərçivəsində Ukrayna üçün Amerika silahları almağa hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31