Bu ölkədə COVİD-19-a yoluxma halları artıb
15:00 Dünya"Omikron" variantının yeni ştammları Portuqaliyada Covid-19 yoluxmalarının artmasına səbəb olub.
Olaylar.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Həkimlər xəbərdarlıq edirlər ki, yanaşı xəstəlikləri olan şəxslərdə və ya əvvəllər heç vaxt yoluxmamış insanlarda ağır simptomlar inkişaf edə bilər.
Portuqaliyanın Səhiyyə üzrə Baş İdarəsi (DGS) Omikron variantının üç yeni ştammının dövriyyəsi ilə əlaqədar olaraq Covid-19 virusuna yeni yoluxma hallarının artdığını bildirib.
"Bu artım Portuqaliyada, eləcə də Avropanın digər yerlərində, o cümlədən "NB.1.8.1.", "LP.8.1." və XFG kimi Omikron variantının yeni ştammlarının aşkar edilməsi ilə üst-üstə düşür", - DGS qeyd edib və əlavə edib ki, yoluxma hallarındakı artım mayın 5-dən bəri müşahidə olunur.
Qurum, ötən qış virusun az dövr etməsi səbəbindən əhali arasında immunitetin "qismən zəiflədiyini" nəzərə çatdıraraq bildirib ki, bu, yaxın həftələrdə Covid-19 səbəbindən xəstəxanaya yerləşdirmələrin artmasına gətirib çıxara bilər.