Suriyada türk əsgərləri zərər görüb? – Rəsmi

"Türkiyə tələb olduğu təqdirdə Suriyanın müdafiə qabiliyyətini gücləndirmək və terrorizmlə mübarizəsini dəstəkləmək üçün əlindən gələn bütün dəstəyi verəcək".

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

"Məqsədimiz ərazi bütövlüyünü və siyasi birliyini təmin etmiş təhlükəsiz, sabit və güclü Suriyadır. İsrailin hava hücumları bölgədə sülh və sabitlik istiqamətində atılan addımları təhlükə altına qoyur", - bəyanatda bildirilir.

İsrailin Suriyaya hava hücumları nəticəsində türk əsgər və şəxsi heyətinin zərər görmədiyi açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31