Suriyada döyüş: 356 nəfər həlak oldu

Suriyanın Suveyda əyalətində keçid hökumətinin qüvvələri ilə druzların dağ özünümüdafiə dəstələri arasında baş verən toqquşmalarda ən azı 356 nəfər həlak olub.

Olaylar.az  xəbər verir ki, bu barədə "Skay Nyus Arabia" kanalı məlumat yayıb.

Həlak olanlar arasında 55 mülki şəxs və 79 özünümüdafiə qüvvələrinin döyüşçüsü var:

"Sabitliyi bərpa etmək üçün Dəməşqdən göndərilən Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin xüsusi təyinatlılarından 189, hökumətyönlü ərəb qəbilə qüvvələrindən isə 18 milis həlak olub. Ötən gün İsrailin Dəməşqə endirdiyi aviazərbələr nəticəsində Daxili Təhlükəsizlik Qüvvələrinin daha 15 əməkdaşı həlak olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31