Pakistanda 116 nəfər HƏLAK OLDU: Fövqəladə vəziyyət ELAN EDİLDİ

Pakistanda yağan güclü musson yağışları ölkənin bir neçə bölgəsində genişmiqyaslı daşqınlara səbəb olub. 

Olaylar.az xəbər verir ki, təbii fəlakət nəticəsində azı 116 nəfər həlak olub, onlarla insan yaralanıb.

Ən ağır vəziyyət Pəncab əyalətində qeydə alınıb. Regionda fövqəladə vəziyyət elan olunub. Hazırda ərazidə ordu qüvvələri və fövqəladə hallar xidməti əməkdaşları xilasetmə və axtarış işlərini davam etdirirlər.

Qeyd edək ki, Pakistanda hər il musson mövsümündə oxşar fəlakətlər baş verir. İqlim dəyişiklikləri səbəbindən yağışların miqdarının və intensivliyinin artdığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31