Trampdan ağır zərbə gəlir – Moskvaya pis xəbər

"ABŞ Prezidenti Donald Tramp NATO-nun Rusiyanı Ukrayna ilə münaqişədə təslim olmağa məcbur etmək planı ilə razılaşıb".

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ mediasında məlumat yayılıb.

"Tramp indi NATO-nun sərt xətt strategiyasına qoşulub. O, Moskva və Kiyev arasında sülh sazişinin şərtləri baxımından Rusiyanın təslim olmasında israr edəcək", - deyə bildirilib.

Xatırladaq ki, Ağ Ev rəhbəri NATO-nun Baş katibi Mark Rutte ilə görüşdə 50 gün ərzində Ukraynada münaqişənin həllində irəliləyiş əldə olunmasa, Rusiya neftini alan ölkələrə 100 faizə qədər ikinci dərəcəli rüsumların tətbiq ediləcəyini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31