Hakan Fidan: İsrailin aqressiv hərəkətləri region üçün təhlükədir

İsrailin aqressiv addımları onun sülh və sabitlik istəmədiyini göstərir və bu, bölgədə təhlükə mənbəyidir.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

O deyib ki, İsrail yalnız Fələstində deyil, həm də Livan, Suriya və İranda aqressiv siyasət yürüdür. 

"İsrail sülh və sabitlik istəmir, bu isə bölgədəki etnik bölünmələri daha da artırır", - nazir vurğulayıb. 

Fidan əlavə edib ki, Fələstin xalqının qanuni hüquqlarının tanınması və müstəqil Fələstin dövlətinin yaradılması Yaxın Şərqdə sülhün təminatı üçün əsasdır. (Teleqraf)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31