9 illik plan işə düşür: 200 əsgər sərhədə göndəriləcək

"Belçika NATO-nun şərq cəbhəsini gücləndirmək planının bir hissəsi olaraq, iyulun sonunda Litva sərhədinə 200 əsgər göndərəcək".

Olaylar.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Teo Franken deyib.

"Bu, NATO-nun Rusiya ilə artan gərginliyə cavabdır. Biz Baltikyanı ölkələrdə hərbi mövcudluğumuzu artırmalıyıq", - deyə o bildirib.

Qeyd olunur ki, NATO-nun bu planı 2016-cı ildən mövcuddur.

Frankenin sözlərinə görə, Belçika hərbçiləri 2026-cı ilin yanvar ayının sonuna qədər Litvada qalacaqlar və bundan sonra vətənə qayıdacaqlar:

"Almaniya Litvaya belçikalı hərbçilərin göndərilməsini xahiş edib. Lakin qoşunların göndərilməsi ilə bağlı qərar Belçika federal kabineti tərəfindən təsdiqlənməlidir". (globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31