ŞOK! İranı nümunə göstərib Rusiyaya XƏBƏRDARLIQ etdilər - SON DƏQİQƏ
10:47 DünyaABŞ Dövlət Departamenti Rusiyanın Ukrayna ilə bağlı siyasətinə dair qəti mövqeyini bir daha ortaya qoyub.
Olaylar.az xəbər verir ki, departamentin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Trampın bu məsələdə dözüm limitinin tükəndiyini bildirib.
Bryusun sözlərinə görə, Trampın son çıxışları və verdiyi qərarlar onun Rusiya prezidenti Vladimir Putinlə bağlı nikbin düşünmədiyini açıq şəkildə göstərir. Jurnalistin ABŞ-nin diplomatik həll yolunu dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı sualını cavablandıran Bryus qeyd edib ki, prezidentin atdığı addımlar onun məsələyə necə yanaşdığını açıq göstərir:
"Tramp diplomatiyaya önəm verir, lakin gerçəkçi yanaşma onun əsas xüsusiyyətidir. İranla bağlı sərgilədiyi sərt mövqe və Rusiyaya qarşı tətbiq etdiyi tədbirlər bir daha sübut edir ki, prezident səbirli olsa da, nəticə görmədiyi yerdə güzəştə getmir".
ABŞ liderinin Ukraynaya dəstək addımları da bu strategiyanın tərkib hissəsidir. İyulun 14-də Tramp bəyan edib ki, ABŞ Ukraynaya silah və hərbi texnika göndərməyə davam edəcək. Bu proses NATO ilə birgə həyata keçiriləcək. Təchizat paketinə 17 ədəd "Patriot" zenit-raket sistemi də daxildir.
Vaşinqtonun bu addımları Rusiyaya həm diplomatik, həm də hərbi müstəvidə ciddi mesaj kimi qiymətləndirilir. (Musavat.com)