Trampın tələbi yerinə yetirildi: "Coca-Cola"nın tərkibi dəyişdi
10:46 DünyaABŞ prezidenti Donald Tramp Amerika bazarı üçün içkilərin reseptini dəyişdirmək üçün "Coca-Cola" ilə razılığa gəldiyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ-da satılan məhsullarda bundan sonra təbii qamış şəkərindən istifadə olunacaq.
"ABŞ-da kolada əsl qamış şəkərinin istifadəsi barədə "Coca-Cola" ilə danışıqlar apardım və onlar razılaşdılar. "Coca-Cola"da qərar qəbul edən hər kəsə təşəkkürümü bildirirəm", - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, 1980-ci illərdən bəri "Coca-Cola" şirkəti ABŞ üçün nəzərdə tutulan içkilərdə şəkəri yüksək fruktoza tərkibli qarğıdalı siropu ilə əvəz edib. Bu da istehsal xərclərinin azalmasına səbəb olub. Meksikada isə şirkət hələ də qamış şəkəri ilə içkilər istehsal edir və bu məhsullar amerikalılar arasında da populyardır.
Qeyd edək ki, Trampın əsas üstünlük verdiyi içki dietik koladır. Hətta Oval kabinetdə onun üçün bu içkidən sifariş verməyə imkan verən xüsusi düymə quraşdırılıb.