Epşteyn işini aparan prokuror vəzifəsindən çıxarıldı
10:36 DünyaABŞ Ədliyyə Nazirliyi reper və prodüser P.Diddinin (əsl adı - Şon Kombs), uşaqlara təcavüzdə və bu qəbildən olan digər ağır cinayətlərdə təqsirli bilinərək həbs olunduqdan sonra intihar edən maliyyəçi Cefri Epşteynin işində işləyən prokuror Morin Komini işdən çıxarıb.
Olaylar.az xəbər verir ki, məlumatı ABC News yayıb.
Morin ABŞ administrasiyası tərəfindən Epsteyn işi ilə bağlı sənədləri saxtalaşdırmaqda, habelə ABŞ prezidenti Donald Trampın Rusiya ilə əlaqələrini və Moskvanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsini araşdırma zamanı qanunsuzluğa yol verməkdə şübhəli bilinən Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Kominin qızıdır.
ABC News mənbələrinin məlumatına görə, Tramp bundan əvvəl Morin Kominin öz vəzifəsini tutmağa davam etməsindən narazılığını bildirmişdi. Associated Press öz növbəsində qeyd edir ki, prokuror heç bir izahat verilmədən işdən çıxarılıb.