Rusiya Trampı saymadı: böyük hücuma başladı

"ABŞ Prezidenti Donald Trampın münaqişəni 50 gün ərzində həll etmək ultimatumuna baxmayaraq, Rusiya Ukraynaya növbəti böyük hücuma keçib".

Olaylar.az xəbər verir ki, bu barədə "The Hill" qəzeti yazıb.

"Kreml Trampın bu təhdidinə məhəl qoymadı", - deyə nəşr bildirib.

Bundan əvvəl Donald Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı açıqlama verib. O qeyd edib ki, Moskvadan çox narazıdır. "Əgər 50 gün ərzində hərbi əməliyyatlar dayandırılmasa, ABŞ Rusiya və onun tərəfdaşlarına qarşı 100 faizlik ikinci dərəcəli rüsumlar tətbiq edəcək", - deyə Ağ Ev rəhbəri əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31