Rəsmi Tehran Avropa İttifaqı Şurasının İran əleyhinə qətnaməsini qınayıb

Rəsmi Tehran Avropa İttifaqı Şurasının İran əleyhinə yeni sanksiyasını qınayır və onu qeyri-qanuni hesab edir.

Olaylar.az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın Avropada terror aktlarını dəstəkləməsinə dair irəli sürülən iddialar əsassızdır.

Bəqai qeyd edib ki, Avropa İttifaqının İran vətəndaşları əleyhinə heç bir fakta əsaslanmayan iddialarla sanksiya tətbiq etməsi insan haqları prinsiplərinə ziddir və bu məsuliyyət sanksiyaları təklif edən dövlətlərin üzərinə düşür.

Qeyd edək ki, 15 iyulda Avropa İttifaqı Şurası İranın bir qurumu və səkkiz vətəndaşına qarşı sanksiya tətbiq edib. Sanksiyaların insan haqlarının pozulması və transsərhəd repressiyalar səbəbilə tətbiq olunduğu açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31