İranın ali rəhbəri düşmənlərini amansız zərbə ilə hədələdi
16 İyul 20:43 Dünya"İran İsraillə münaqişə zamanı düşmənlərinə daha güclü "zərbə vurmağa qadirdir".
Olaylar oxu.az-a istinadən xəbər verir ki, bunu İranın Ali Rəhbəri Əli Xamenei deyib.
Bundan əlavə, Xamenei qeyd edib ki, İran Tehranın rəqiblərinin istənilən yeni hərbi hücumuna cavab verməyə hazırdır.
İyulun əvvəlində İran Prezidenti Məsud Pezeşkian İsraili ona sui-qəsd cəhdində ittiham edib. Eyni zamanda, İsrail daha əvvəl dəfələrlə başqa bir şəxsi - İranın Ali Rəhbəri Əli Xameneini məhv etməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək "Yüksələn şir" əməliyyatına başlayıb. İran buna cavab olaraq "Doğru vəd-3" əməliyyatına başlayıb.
İyunun 22-nə keçən gecə ABŞ lideri Donald Tramp ölkənin Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Məlumata görə, İranın uranın zənginləşdirilməsi ilə məşğul olan əsas obyektləri tamamilə məhv edilib.