Suriyanın cənubunda atəşkəs əldə edildi

Suriyanın cənubundakı Suveyda şəhərində atəşkəs əldə edilib.

Olaylar xəbər verir ki, məlumatı SANA agentliyinə Suriya Daxili İşlər Nazirliyindəki mənbə təsdiqləyib.

Belə ki, tərəflər Suveyda şəhərinin mərkəzindəki qüvvələrin Suriya Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərəcəkləri, dövlət qurumlarının isə Dəməşq hökumətinin nəzarətinə keçəcəyi barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31